XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 April 2017 - 10:50

İranın Şərqi Azərbaycan əyalətində sel:3 ölü

İranın Şərqi Azərbaycan əyalətində güclü yağış nəticəsində sel baş verib.

Trend-in Mehr agentliyinə istinadən verdiyi ilkin məlumata görə, təbii fəlakət nəticəsində Əcəbşir şəhərində 3 nəfər ölüb, 13 nəfər itgin düşüb.

Qeyd edək ki, sel, həmçinin, Təbriz, Binab, Azərşəhr, Marağa və Əhər şəhərlərində də baş verib.

Ölən və xəsarət alanlar barədə məlumat daxil olmayıb.