XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

15 Aprel 2017 - 11:47

Əsədi öz generalı satdı:Silahlar orda gizlədilib

Suriya hakimiyyəti yüzlərlə ton kimyəvi silah gizlədib.

Bunu “Teleqraf” qəzetinə açıqlamasında Suriya ordusunun eks-generalı Zaher əs-Sakat söyləyib.

“Onlar etiraf edirdilər ki, 1,3 ton kimyəvi silahları var. Biz isə onların bundan iki dəfə çox kimyəvi silaha sahib olduqlarını bilirik. Onların kimyəvi silahlarının miqdarı ləğv edilməzdən əvvəl 2 min tondan çox idi. İndi isə Suriyada bilinməyən kimyəvi silah ehtiyatı bir neçə yüz tondur. Kimyəvi silah ehtiyatı mövqelərin gücləndirilməsi üçün Xüms yaxınlığındakı dağlara və Tartusun Cabla şəhərinin yaxınlığına yığılıb”, – deyə o bildirib.

Qeyd edək ki, Sakat 2013-cü ilə qədər Suriya ordusunun 5-ci diviziyasının kimyəvi silahlar üzrə bölməsinə rəhbərlik edib. 2013-cü ilin martında o, Suriya ordusundan qaçıb. (Axar.az)