XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

15 Aprel 2017 - 19:15

“Sumqayıt”-“Zirə” oyunubaşa çatdı

Aprelin 15-də futbol üzrə Azərbaycan Premyer Liqasının XXVI turuna start verilib.

Azərtac xəbər verir ki, turun açılış oyunu “Kapital Bank Arena”da “Sumqayıt” və “Zirə” komandaları arasında keçirilib.

Baş hakim Əliyar Ağayevin idarə etdiyi oyunun birinci hissəsində hesab açılmayıb.

İkinci hissəyə daha fəal başlayan "Sumqayıt" komandası görüşün 83-cü dəqiqəsində istəyinə nail olub. Matçda Mirabdulla Abbasov fərqlənib. Görüşün 94-cü dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirən "Zirə"nin futbolçusu Milan Duriç hesabı bərabərləşdirib.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.