XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

16 Aprel 2017 - 12:11

Türkiyənin baş naziri Bineli Yıldırımreferendumda səs verib

 Türkiyənin baş naziri Bineli Yıldırım ölkə konstitusiyasına düzəlişlərlə bağlı referendumda iştirak edib.

 Bbaş nazir Gölcüklər rayonundakı Adnan Olcay orta məktəbi ərazisindəki 1085 saylı seçki məntəqəsinə gələrək səs verib.

Burada baş naziri böyük izdiham qarşılayıb. Bineli Yıldırım jurnalistlərə açıqlamasında "Vətəndaşlıq vəzifəmizi icra etdik. İndi də iş-gücümüzlə məşğul olacağıq. Bu gün Türkiyənin 81 vilayətinin hər yerində vətəndaşlarımız dinclik-qardaşlıq içində səslərini verirlər. Seçki qutuları açıldıqca nəticələr çıxacaq. Nəticə nə olursa-olsun, başımızın tacıdır. Millətimizin verdiyi qərar ən gözəl qərardır." – deyə bildirib.

Qeyd edək ki, bu gün Türkiyədə ölkə konstitusiyasına düzəlişlərlə bağlı referendum keçirilir. Ölkənin şərq əyalətlərində seçki məntəqələri Bakı vaxtı ilə 08:00-da, digər regionlarında seçki məntəqələri 1 saat gec, Bakı vaxtı ilə 09:00-da açılıb. Seçki məntəqələri saat 18:00-a qədər işləyəcək.

Ölkə tarixində sayca yeddinci olan bu referendum konstitusiyanın 18 maddəsinə düzəliş edilməsini nəzərdə tutur.

Referendum üzrə 167 min 140 seçki məntəqəsində 55 milyon 319 min 222 vətəndaş səs verə biləcək. Eyni zamanda, həbsxanalarda daha 461 seçki məntəqəsi yaradılıb. (Report)