XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

16 Aprel 2017 - 15:24

Putin Rusiya vətəndaşlarını Pasxa bayramı münasibətilətəbrik edib

 Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkə vətəndaşlarını Pasxa bayramı münasibətilə təbrik edib.

Dövlət başçısı "Tvitter"də xalqa müraciətində Pasxa bayramının xüsusi əxlaqi məna, sönməz inam işığı daşıdığını, xeyirxahlığı ilə, sevinclə, məhəbbətlə, insanların qəlbini doldurduğunu qeyd edib. 

Prezident qeyd edib ki, Pasxa şənlikləri bütün ölkədə geniş keçirilir. "Pasxa şənlikləri əcdadlarımızın çoxəsrlik ənənələrini bizə verirl bu, cəmiyyətdə əbədi mənəvi dəyərlərin və idealların bərqərar olmasına xidmət edir"  – deyə prezident yazıb.

Qeyd edək ki, xristian dininə itaət edən yüz milyonlarla insan bu gün ayrı-ayrı ölkələrdə Pasxa bayramını qeyd edir.   (Report)