XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

16 Aprel 2017 - 19:52

Tramp:"ABŞ-ın silahlanmanı artırmaqdan başqa yolu yoxdur"

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun silahlanmanı artırmaqdan başqa yolu olmadığını bəyan edib.

D. Tramp bunu “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

D. Tramp yazıb ki, ABŞ Silahlı Qüvvələri yüksək templə inkişaf edir və heç vaxt olmadığı qədər güclü olacaq: “Səmimi danışsaq, bizim sadəcə, başqa yolumuz yoxdur”.

Bundan əvvəl ABŞ prezidenti bildirib ki, növbəti maliyyə ilində qeyri-hərbi xərclərin, xüsusən xarici ölkələrə yardımın azaldılması hesabına hərbi xərclər 54 milyard dollar artacaq. D. Tramp hakimiyyətinin sonunda ABŞ-ın yaxşı Silahlı Qüvvələri olacağını vurğulayıb.  (APA)