XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 April 2017 - 15:16

Nazirliyin rəhbər şəxsi istefa verdi –Rabitə sektorunda dəyişiklik

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının rəhbəri Seymur Ağayev vəzifəsindən istefa verib.

Bu barədə "Qafqazinfo”ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən parkın rəhbəri Seymur Ağayev öz istəyi ilə işdən ayrılıb. 

Hələlik onun vəzifəsini icraçı direktor Kənan Bayramov həyata keçirir.