XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

17 Aprel 2017 - 15:32

Milli Məclis 2017-ci ilin dövlət büdcəsinə yenidən baxacaq

"2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi may ayında Milli Məclisdə müzakirə olunacaq.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Modern.az-a açıqlamasında deyib.

Komitə sədri Ziyad Səmədzadə bildirib ki, qanuna uyğun olaraq hər ilin may ayında dövlət büdcəsinin icrası ilə bağlı sənəd Milli Məclisə təqdim olunaraq, müzakirə edilir. Bu il də "2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi may ayında Milli Məclisdə müzakirə ediləcək.

Z.Səmədzadə büdcəyə hər hansı dəyişiklik, əlavə və ya düzəlişin edilib-edilməyəcəyi barədə danışmağın hələ tez olduğunu söyləyib.

Əvvəlki illərin təcrübəsi göstərir ki, büdcə ilə bağlı sənədin may ayındakı müzakirələrindən asılı olaraq, dövlət büdcəsinə müəyyən dəyişikiliklər edilir. Son illər dövlət və icmal büdcələrə yenidən baxılaraq düzəlişlərin edilməsi əsasən neftin dünya bazarındakı qiymətindən və manatın məzənnəsindən asılı olur.