Məqsəd İsraili hərbi cinayәtlәrdə ittiham etmәkdir
Fәlәstin çәrşәnbә günü rәsmi olaraq Beynәlxalq Cinayәt Mәhkәmәsinә üzv olub. Bu addım İsraili iddia olunan hərbi cinayәtlәrdə ittiham etmәk mәqsәdilә atılıb.
Strateq.az BBC news-a isnadən bildirir ki, üzvlük mәrasimi Haaqa məhkəməsinin qərargahında qapalı qapılar arxasında jkeçirilib.
Fələstinin xarici işlər naziri Riyad əl-Maliki mərasimdə Roma Әsasnamәsinin simvolik surətini qəbul edib.
Fələstinlilər artıq 2014cu il iyun ayından etibarən Fələstin ərazilərində ehtimal olunan cinayətlərin araşdırılması üçün prokurorun təsdiq etdiyi sənədləri məhkəməyə göndəriblər.
İsrail Dünya ağır cinayәtlәr Mәhkәmәsini tanımasa da, Fәlәstin әrazisindә cinayәtlәr törәtdiyinә görә mәsuliyyәtә cәlb oluna bilәr.