XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

17 Aprel 2017 - 19:47

Rusiya Uzaq Şərqi 18 ölkə üçün vizasız etdi- Siyahı

Rusiyanın baş naziri Dmitri Medvedev Rusiyanın Uzaq Şərq bölgəsinə vizasız gedə biləcək 18 ölkənin siyahısını təsdiq edib.

Trend-in məlumatına görə, baş nazir bu qərarın turist və sahibkarlara aid olacağını bildirib.

D.Medvedev bu bölgəyə vizasız gələcək əcnəbilərin müxtəlif regionlarda yerləşən ölkələrdən olduğunu qeyd edib.

Yeni qərara əsasən, Uzaq Şərqə Əlcəzair, Bəhreyn, Bruney, Hindistan, İran, Qətər, Çin, Şimali Koreya, Küveyt, Mərakeş, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Tunis, Türkiyə və Yaponiya vətəndaşları vizasiz səfər edə biləcəklər.