“Microsoft” şirkəti “Exchange Server 2007” platformasının dəstəyini dayandırır.
Azərtac xəbər verir ki, “Microsoft” şirkəti bu platforma üçün təhlükəsizlik yeniləmələri buraxmayacaq, həmçinin texniki məsləhətlərin verilməsini dayandıracaq. Proqram nəhəngi indiyədək “Exchange Server 2007” platformasından istifadə edən şirkətlərə korporativ informasiya texnologiyaları infrastrukturunun təhlükəsizliyini təmin etmək məqsədilə “Office 365” paketi çərçivəsində birbaşa, mərhələli və ya hibrid miqrasiya metodu vasitəsilə “Exchange Online”a keçməyi və ya yeni “Exchange Server 2016” versiyasından istifadəni tövsiyə edir.
“Microsoft”un rəsmisi xatırladır ki, “Exchange Server” platformasının əsas və genişləndirilmiş dəstəyinin müddəti 10 ildir.