XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

18 Aprel 2017 - 10:50

Tovuz Rayon Təhsil Şöbəsi:“O məktəbdə şagirdin döyülməsi baş verməyib”

Tovuz Rayon Təhsil Şöbəsi müəllimin şagirdi dərs prosesində döyməsi ilə bağlı yayılan görüntüyə aydınlıq gətirib.

Təhsil Şöbəsindən AzNews.az-a verilən məlumata görə, hazırda bununla bağlı iclas keçirilir:

“Məsələ hüqüq müstəvisində araşdırılır. İzahatlar alınır. O məlumatın bizə aidiyyatı yoxdur. O məktəbdə belə bir hadisə baş verməyib. Nə məktəb odur, nə də müəllim. Kimsə bunu bilərəkdən edib”.

Təhsil şöbəsindən onu da əlavə ediblər ki, sözü gedən vdeonu məktəbin adından çəkib yayanlar məhkəməyə veriləcək.

Xatırladaq ki, Tovuzun Qalaboynu kəndində müəllimin dərs zamanı şagirdi döyməsi telefonla çəkilib. Şagirdlərə qarşı zorakılıq edən isə həmin məktəbin hərbi hazırlıq müəllimi Mövsüm Sadıqov olduğu iddia edilir.