XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 April 2017 - 11:07

Gömrükdə yoxlama –Gizli yolla aparılan siqaretlər aşkarlandı

Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının əl yükünə "Heimann X-ray" markalı rentgen qurğusunda gömrük baxışı keçirilib.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, yoxlama zamanı əl yükündə olan 2 ədəd "Choco pie" markalı şirniyyat qutusunun və 1 ədəd "Yadra" markalı günəbaxan tumu qutusunun içərisindən gömrük nəzarətindən gizlədilən ümumilikdə 1800 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.