XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 April 2017 - 12:22

Türk heyəti bu gün Moskvaya gedir –Sanksiya müzakirə olunacaq

Türkiyə Baş nazirinin müavini Məhməd Şimşək Rusiya tərəfindən tətbiq olunan sanksiyaların ləğv olunması üçün bu gün Moskvaya səfər edəcək.

Onunla birlikdə İqtisadiyyat naziri Nihad Zeybəkçi də Moskvaya gedəcək.

Türk heyəti orada Rusiya Baş nazirinin müavini Arkadi Dvorkoviçlə görüşəcək.

Görüş zamanı meyvə və tərəvəz idxalına qoyulan qadağanın, eləcə də bir çox sahədə tətbiq olunan sanksiyaların ləğv olunması məsələsi müzakirə ediləcək.

Axar.az