XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

18 Aprel 2017 - 13:02

Yağış yağacaq, şimşək çaxacaq –Sabahın hava proqnozu açıqlandı

Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin  olacağı, axşam isə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi   günün ikinci yarısında  arabir güclənən şimal-qərb küləyi  ilə əvəz olunacaq.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istindən xəbər verir ki, aprelin 19-da havanın temperaturunun gecə 8-12° isti, gündüz 20-25° isti, Bakıda gecə 9-11° isti, gündüz  22-24° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758 mm civə sütunu, nisbi rütubət   gecə 75-85 %, gündüz   60-70 %  təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 19-da Abşeron yarımadasında atmosfer təzyiqinin təzadlı dəyişməsi, arabir güclənən gilavar küləyinin xəzri küləyinə keçməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da,  20-də meteoroloji amillərin  zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz  18-23° isti, dağlarda gecə 2-7° isti, gündüz  8-13° isti olacağı gözlənilir. 

Aprelin 19-da bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.