Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bu həftənin sonunda İrana səfər edəcək.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mixail Canelidze Tehranda iranlı həmkarı Məhəmmədcavad Zəriflə görüşdən sonra bildirib.
M.Canelidze qeyd edib ki, M.Zəriflə görüşdə Gürcüstan baş nazirinin Tehranda keçirəcəyi görüşlər və səfərin digər detallarını müzakirə ediblər.