XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 April 2017 - 13:34

“Fars körfəzini Qara dənizlə birləşdirəcək nəqliyyat dəhlizi yaradılacaq” –Cavad Zərif

İran Fars körfəzini Qara dənizlə birləşdirəcək nəqliyyat dəhlizi yaratmaq istəyir.

Bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif gürcüstanlı həmkarı Mixail Canelidze ilə görüşü zamanı deyib.

“Fars körfəzini Qara dənizlə birləşdirəcək nəqliyyat dəhlizinin yaradılması insanların daha da yaxınlaşmasına töhfə verəcək. Onun yaradılmasında Gürcüstan, İran, Ermənistan və Azərbaycan iştirak etməlidir”, – deyə, iranlı nazir bildirib.

M. Zərif Gürcüstan baş naziri Georgi Kvirikaşvilinin yaxın günlərdə İrana səfərini səbirsizliklə gözlədiyini deyib.

APA