XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

18 Aprel 2017 - 16:29

Trampla Ərdoğanın telefon danışığının detalları –Açıqlandı

ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı araasında dünən baş tutan telefon danışığının mövzusu ilə bağlı açıqlama verilib.

Referendumdan sonra iki dövlət başçısı arasında baş tutan telefon danışığı zamanı ilk olaraq Tramp Ərdoğanı referendum münasibətilə təbrik edib.

Türkiyə prezidentinin Mətbuat Mərkəzindən verilən açıqlamada Ərdoğan ilə Tramp arasında baş tutan telefon danışığı zamanı bir sıra məsələlərə də toxunulub.

Suriyadakı son hadisələrin müzakirə olunduğu görüşdə 4 apreldə kimyəvi silahdan istifadə edildiyi hücumdan soran ABŞ-ın raket hücumuna da toxunulub.

ABŞ prezidenti Tramp, bu barədə ölkəsinə verdiyi dəstəyə görə Ərdoğana öz təşəkkürlərini bildirib.

Açıqlamada həmçinin iki liderin Suriya prezidenti Bəşər Əsədin törətdiyi qətliamlara görə cavab verməsi lazım olduğu mövzusunda razılıq əldə etdiyi bildirilir.

İŞİD-ə qarşı müştərək mübarizənin davam etdirilməsi də müzakirə olunduğu danışıq zamanı öz məqsədlərinə çatmaq üçün terrora müraciət edən bütün qruplara qarşı əməkdaşlığın vacibliyi xüsusi vurğulanıb.

Avropa.info