XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

18 Aprel 2017 - 17:15

Sankt-Peterburqdakı terrorun təşkilatçılarından biri günahını etiraf edib –Vəkil danışdı

Sankt-Peterburqda metroda törədilən terrorun təşkilatçılarından biri Əbror Əzimov günahını etiraf edib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu aprelin 18-də Moskvanın Basmann rayon məhkəməsində onun vəkili Armen Zadoyan bildirib.

Vəkil detalları dəqiqləşdirməyib. 

Xəbərdə tezliklə şübhəlinin məhkəməsinin keçiriləcəyi bildirilib.  

Xatırladaq ki, bu il aprelin 17-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskvada 1990-cı ildə Orta Asiyada anadan olan Əbror Axraloviç Əzimovu tutub. O, aprelin 3-də Sankt-Peterburqda metroda törədilən terrorun təşkilatçılarından sayılır. Metrodakı terror nəticəsində 15 nəfər (terrorçu-kamikadze ilə birlikdə) ölüb, 50-dən çox insan yaralanıb.