XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

18 Aprel 2017 - 19:49

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın ilk iclası keçirildi –Yeni qərarlar verildi

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 aprel 2017-ci il tarixli Fərmanı əsasında yaradılmış Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın (HSŞK) ilk iclası keçirilib.

ARDNF-dən Strateq.az-a verilən məlumata görə, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümovun sədrliyi ilə keçirilən iclasda Komissiyanın Əsasnaməsi, Komissiyanın qərarlarının qəbulu prosesi, maraqlı tərəflərlə işbirliyinin qurulması, eləcə də 2016-cı il üzrə Şəffaflıq hesabatının məzmunu, hesabat verəcək hasilat şirkətlərinin siyahısı, auditorun seçim proseduru və digər məsələlər ətrafında müzakirələr aparılmış və müvafiq qərarlar qəbul edilib.

İclasda Komissiyanın 2017-ci il üzrə Fəaliyyət planı, Hasilat Sənayesində Şəffaflıq üzrə hesabat formaları, Şərtlər toplusu müzakirə edilərək, təsdiqlənib.