Azərbaycan ordusunun genişmiqyaslı təliminin növbəti mərhələsində qarşılıqlı fəaliyyətlərin təşkili məqsədilə əvvəl qəbul edilmiş qərarlar maket üzərində və ərazidə dəqiqləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, qoşunların idarə olunması və fəaliyyətlərin uzlaşdırılması məsələləri ətraflı işlənilib.