Yəməndə Səudiyyə Ərəbistanına aid “Qara Şahin” hərbi helikopterinin qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub.
Axar.az “Əl-İxbariyə” televiziyasına istinadən xəbər verir ki, helikopter Yəmənin Mariv bölgəsində idarəetməni itirib.
Ölənlərdən 4-nün gizir, 8-nin isə zabit olduğu bildirilib.
Qəzanın səbəbləri hələ ki, bəlli deyil.