XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 April 2017 - 22:05

“Naxçıvan coğrafiyası” kitabının ikinci cildi hazırlanır –AMEA-dan açıqlama

“Naxçıvan coğrafiyası” kitabının ikinci cildi hazırlanır.

Bu barədə Strateq.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutundan məlumat verilib.

Məlumata görə, bu məqsədlə institutunun direktoru, akademik Ramiz Məmmədov kitabın müəllifləri ilə görüşüb.

İnstitutdan bildirilib ki, görüşdə kitabın “İqtisadi coğrafiya” adlanan ikinci cildinin çapı, onun daha yüksək səviyyədə hazırlanması ilə bağlı məsələlər müzakirə olunub.

Kitabda çap olunacaq materialların ilkin variantlarının bölmələr üzrə aprelin 25-dək təqdim olunması tövsiyə edilib.