Üç təkanla tullanmada dünya çempionatının gümüş mükafatçısı Pedro Piçardo Almaniyanın Ştutqart şəhərində təlim-məşq toplanışında olan yüngül atletika üzrə Kuba milli komandasının düşərgəsindən qaçıb.
Məlumata görə, 23 yaşlı idmançı Almaniya və ya İspaniyada sığınacaq almaq fikrindədir.
Bildirilir ki, Piçardo yığmadan kənarlaşıdırılacaq və onun 8 il müddətinə Kubaya dönüşünə qadağa qoyulacaq.
Qeyd edək ki, bu, kubalı idmançıların ölkə xaricində yığmanın heyətindən ilk qaçış halı deyil. 2013-cü ildə Rusiyanın paytaxtı Moskvada keçirilən dünya çempionatı zamanı sprinter Orlando Orteqa düşərgəni tərk edib və daha sonra İtaliyada üzə çıxıb.
Report