XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

19 Aprel 2017 - 11:36

İranla nəqliyyat əlaqəsi layihəsinə Dağıstanın da qoşulmasıtəklif olunur

Stavropol diyarının rəhbərliyi Azərbaycan ərazisindən keçməklə Stavropol diyarı ilə İran arasında nəqliyyat əlaqəsinin təmin edilməsi üçün tikilməkdə olan dəmir yolu layihəsinin həyata keçirilməsində Dağıstanın da iştirakını təklif edib.

Azərtac İNTERFAKS-YUQ agentliyinə istinadla bildirir ki, Stavropol diyarının qubernatoru Vladimir Vladimirov ilə Dağıstanın rəhbəri Ramazan Abdulatipovun görüşündə regionlararası ticari-iqtisadi və sosial əməkdaşlıq məsələləri müzakirə olunun. V.Vladimirov həmin görüşdə Azərbaycan ərazisindən keçməklə Stavropol diyarı ilə İran arasında nəqliyyat əlaqəsinin təmin edilməsi üçün tikilməkdə olan dəmir yolu layihəsinin reallaşdırılmasında Dağıstanın da iştirakını təklif edib.

Xatırladaq ki, yaxın vaxtlarda V.Vladimirov Bakıda səfərdə olarkən onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bu məsələ müzakirə edilib.

Satvroplol diyarının başçısı deyib: “Hesab edirik ki, bu layihə onun bütün iştirakçıları üçün sərfəli olacaq, çünki bu halda kənd təsərrüfatı məhsullarının istehsalçılardan istehlakçıya çatdırılması məsafəsi və bu yolda vasitəçilərin sayı azalacaq. Bundan əlavə, imzalanmış saziş çərçivəsində Stavropol diyarı bizim üçün yeni və əhəmiyyətli olan bir istiqamət – layihənin idarə edilməsi üzrə Dağıstanın təcrübəsini öyrənmək niyyətindədir”.