XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 April 2017 - 13:46

Fransa səfiri Bakı Ali Neft Məktəbində- FOTO

Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Aureliya Buşez Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rektoru Elmar Qasımovla görüş keçirib.

Görüş zamanı BANM haqqında geniş məlumat verən rektor Elmar Qasımov iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb.

Rektor qeyd edib ki, Azərbaycan və Fransa arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələri günü-gündən inkişaf etməkdədir.

Həmçinin bildirib ki, 2013-cü ildə BANM Fransa Neft İnstitutu (IFP) ilə əməkdaşlıq protokolu imzalayıb və bu, Fransa və Azərbaycan arasında inkişaf edən münasibətlərin göstəricisidir.

O, Ali Məktəbin Total şirkəti də daxil olmaqla bir sıra fransız şirkətləri ilə sıx əməkdaşlığından da bəhs edib.

Səfir Aureliya Buşez səmimi qəbula görə öz təşəkkürünü bildirib. O, region üçün mühüm əhəmiyyət kəsb edən sahələr üzrə mütəxəssislər hazırlayan Ali Məktəbin gələcəkdə mühüm yer tutacağını deyib.

Səfir BANM-lə öz ölkəsinin ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektiv inkşafından bəhs edərək hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinin vacibliyinə toxunub.

Səfir IFP ilə BANM arasında əməkdaşlığın qurulmasının perspektivlərini vurğulayıb.

Görüşdə, həmçinin gələcək əməkdaşlıq, tələbələrin və professor-müəllim heyətinin mübadiləsi və elmi-tədqiqatlar sahəsində əlaqələrin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.