XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

19 Aprel 2017 - 17:29

“Azercell” gənclər üçün yeni müsabiqəyə start verir –Açıqlama

“Azercell Telekom” MMC mütaliə sevərlər üçün hazırladığı “Gənclər kitab oxuyur” layihəsində qiraətçi qismində iştirak etmək arzusunda olan gənclər üçün müsabiqə elan edir. 

"Azercell"dən Strateq.az-a verilən məlumata görə, müsabiqəyə qatılmaq üçün natiqlik və qiraət bacarığına güvənən 18-29 yaş arası gənclər [email protected] ünvanına özləri haqqında qısa məlumat, foto, əlaqə nömrəsi və səs nümunəsi göndərməlidirlər. Gənclərin sevdikləri kitabdan 2-3 cümlə səsləndirməsi bu müsabiqədə iştirak etməyə kifayət edəcək.

Eyni zamanda  səs nümunələri istənilən səsyazma cihazı (mobil telefon, diktofon) vasitəsi ilə qeydə alına bilər. Ən yaxşı qiraətçilər “Azercell” şirkətinin mütəxəssisləri tərəfindən seçilərək “Gənclər kitab oxuyur” layihəsi çərçivəsində “Starbucks” kafesində publika qarşısında kitab oxuyacaqlar. Müsabiqə 19 – 23 tarixlərini əhatə etməklə 5 gün davam edəcək. Qaliblərin elan olunması 26 aprel tarixinə planlaşdırılır. Gənclər müsabiqənin şərtlərinə dair daha ətraflı məlumatı “Azercell”in rəsmi internet və “Facebook” səhifələrində izləyə bilərlər.

Məlumat üçün bildirək ki, “Azercell”in “Gənclər kitab oxuyur” layihəsi gənclər arasında mütaliə mədəniyyətini artırmaq, yerli müəlliflərimizi tanıtmaq, eləcə də dinamik həyatımızda intellektual istirahət imkanı təqdim etməyi qarşısına məqsəd qoyur. Oxu günlərində “Azercell”in 2 il bundan əvvəl istifadəyə verdiyi “Bookmate” tətbiqinə daxil etdiyi əsərlər gənc qiraətçilər tərəfindən “Starbucks Azerbaijan”nın “Gənclik Mall”da yerləşən kafesində oxunacaq.

Qeyd edək ki, “Azercell” ölkədə mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra layihələr həyata keçirib. 2015-ci ildə təqdim edilən “Bookmate” əlavəsi sayəsində bütün “Azercell” abunəçiləri Azərbaycan, rus, ingilis, türk və onlarla əcnəbi dildə məhdudiyyətsiz kitab oxuya bilirlər. “Azercell”in təqdim etdiyi mobil kitabxanada 690 000-dən artıq kitaba çıxış təmin olunub.