XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

19 Aprel 2017 - 17:51

Masallı İcra Hakimiyyətindən bayraq dirəyinin aşması barədə –Açıqlama

Masallı rayon İcra Hakimiyyəti rayon ərazisindəki Bayraq Meydanında bayrağın asıldığı dirəyin aşması məsələsinə aydınlıq gətirib.

İcra başçısının müavini Nasir Muxtarlı Trend-ə açıqlamasında faktı təsdiqləyib: 

"Bu gün bir neçə saat əvvəl dirək qəfildən aşdı. Bayrağı quraşdıran şirkətə bu barədə məlumat verilib və onlar hadisə yerinə baxış keçiriblər. Çünki həmin şirkət bayrağı quraşdıranda ona zəmanət verir. Bayrağı quraşdıran şirkətin mütəxəssisləri hadisənin baş vermə səbəbini araşdırır. Mütəxəssislər ilkin olaraq belə qənaətə gəlib ki, bu gün səhər saatlarında ərazidə külək burulğanı olub və bayraq dirəyi həmin küləkdən zədələnərək aşıb. Bayraq dirəyinin zədələnməsinə 3 gün əvvəl baş verən güclü külək də təsir edib".

N.Muxtarlı bildirib ki, artıq dirəyin bərpası ilə bağlı işlərə başlanıb, yaxın vaxtlarda bayraq yenidən ərazidə dalğalanacaq.