XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

19 Aprel 2017 - 18:05

“AMEA-nın professoru” elmi adını almaq üçün müsabiqə keçiriləcək –Qərar

"Azərbaycan Milli Elmlər Akademiyasının professoru” elmi adını almaq üçün müsabiqə keçiriləcək. 

AMEA-dan Strateq.az-a verilən məlumata görə, bu barədə qərar aprelin 19-da AMEA Rəyasət Heyətinin növbəti iclasında verilib.

Qeyd edək ki, müsabiqədə AMEA-nın üzvü olmayan, elmi müəssisə və ali məktəblərdə elmi və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan, milli və beynəlxalq səviyyəli elmi nailiyyətlər əldə etmiş, yüksəkixtisaslı elmi kadrların hazırlanması, elm və təhsilin vəhdətinin möhkəmləndirilməsi, dövlətçiliyin qorunması və inkişafında, habelə AMEA-nın əsas vəzifə və funksiyalarının həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş, yaşı 50-dək olan elmlər doktorları iştirak edə biləcəklər. 

Azərbaycan elminin inkişafı, beynəlxalq aləmdə nüfuzunun artırılması və dünya elminə inteqrasiyasında, habelə beynəlxalq elmi əlaqələrin genişləndirilməsində xüsusi xidmətləri olan xarici ölkə alimləri də müsabiqədə iştirak edə bilərlər.