XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

20 Aprel 2017 - 14:29

Sankt-Peterburq metrosundakı terroru kim sifariş edib? –FTX-dən açıqlama

Sankt-Peterburq metrosunda törədilən terrorun sifarişçisinin şəxsiyyəti müəyyənləşib.

RİA "Novosti” xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, terror aktı ilə bağlı istintaq davam edir və rəsmi ittiham elan olunub. 

Məlumata görə, terror aktı ilə bağlı 10-a yaxın adam tutulub. Aprelin 18-də metroda törədilən terrorun təşkilatçılarından biri olmaqda şübhəli bilinən Əbror Əzimovun məhkəməsi başlayıb.

Qeyd edək ki, Sankt-Peterburq metrosunda terror hücumu törətməkdə Akbarjon Cəlilov şübhəli bilinir.

Xatırladaq ki, Rusiya İstintaq Komitəsi özünü "Sennaya meydanı" – "Texnologiya İnstitutu" stansiyaları arasında metronun dördüncü qatarında partladan A.Cəlilovun terrorçu-kamikadze olduğunu bildirib. İlkin məlumata görə, elə o, "Dirçəliş meydanı" stansiyasına bomba yerləşdirib. Terror aktı nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Report