XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

20 Aprel 2017 - 17:10

Şamaxıda 2 hektar ərazi sürüşdü, 7 ev təhlükə altına düşdü –2 ailə evini tərk etdi

Şamaxı rayonunda torpaq sürüşməsi baş verib. 

Şəhərin Aşıq Məmmədağa küçəsində 2 hektar sahə sürüşməyə məruz qalıb, 7 ev təhlükə altına düşüb. Son bir həfdədə hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb. Sözügedən ərazidə iki evin daş hasarı uçub, həyətyanı sahələrdəki yarğanlar gündən günə genişlənir.

Ev sahibləri gecəni öz evlərində keçirməyə qorxurlar. Evlərin bünövrəsi baş verən sürüşməyə tab gətirmiyərək uçur.

Evlərdəki çatlar isə artmaqdadır. Hazırda iki evin sakinləri təhlükə səbəbindən evini tərk edib. 

Hadisə ilə bağlı Şamaxı Rayon Fövqəladə Hallar Homissiyası əraziyə baxış keçirib.

Report