XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 April 2017 - 18:17

AMEA Naxçıvan Bölməsinin əməkdaşları “Qafqazşünasların I Forumu”nda iştirak ediblər –Açıqlama

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA Rəyasət Heyəti və bu qurumun Qafqazşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə Qafqazşünasların Birinci Beynəlxalq Forumu keçirilib.

Bu barədə Strateq.az-a AMEA-nın Naxçıvan Bölməsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forum iştirakçılarına müraciət ünvanlayıb.

İki gün davam edən foruma Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Böyük Britaniya, İsrail, İran, Qazaxıstan, Özbəkistan, Ukrayna və Gürcüstandan 175 nəfər alim və tədqiqatçılar qatılıb. Forumda Qafqaz ölkələrinin daxili ictimai siyasi, iqtisadi şəraiti, geosiyasəti, xarici siyasəti, qarşılıqlı münasibətləri, böyük dövlətlərin və digər ölkələrin Qafqaz siyasəti, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar və digər problemlərə həsr olunan 160-dan artıq məruzə dinlənilib. Məruzələr 20 bölmə iclasında müzakirə edilib.

Forumda AMEA Naxçıvan Bölməsinin əməkdaşları da iştirak ediblər. Əməkdaşlarımız, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev “İngiltərənin Qafqaz siyasətində “erməni məsələsi”nin yeri” (1917-1920 Böyük Britaniya Arxiv materialları əsasında), həmin institutun yeni və ən yeni tarix şöbəsinin elmi işçisi Elnur Kəlbizadə “XX əsrin 20-ci illərində Naxçıvan MSSR (Azərbaycan) və Ermənistan SSR arasında mübahisəli ərazilər məsələsi və problemin “həlli” mövzularında IV bölmədə elmi məruzələrlə çıxış ediblər.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi