XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

20 Aprel 2017 - 20:18

“ABŞ ittihamlar səsləndirmək əvəzinə, nüvə razılaşmasına əməl etsin” –İran XİN

İranın xarici işlər naziri Cavad Zərif ABŞ-ı Tehranın ünvanına ittihamlar səsləndirmək əvəzinə, nüvə razılaşmasının şərtlərinə riayət etməyə çağırıb.

“Reuters”in verdiyi məlumata görə,  C. Zərif bunu “Tvitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

C. Zərif bildirib ki, ABŞ-ın ittihamları əsassızdır, Vaşinqton İranın nüvə razılaşmasına riayət etməsi faktını etiraf etməlidir.

Qeyd edək ki, C. Zərif bununla ABŞ dövlət katibi Reks Tillersonun ittihamlarına reaksiya verib. R. Tillerson İranla nüvə razılaşmasının uğursuzluğa düçar olduğunu bildirib, Tehranı terrorizmi maliyyələşdirməkdə günahlandırıb.

APA