Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 20-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1389 qəlpə aşkar ediblər.
Bu barədə ANAMA-dan Strateq.az-a verilən məlumata görə, bugünkü yoxlamada mina və partlamamış hərbi sursat aşkar edilməyib:
"Ümumilikdə, 65 min 125 kvadratmetr ərazi – 3031 kvadratmetr əl ilə, 20 min 300 kvadratmetr mexaniki üsulla və 41 min 794 kvadratmetr minaaxtaran itlərin köməyi ilə yoxlanılıb. Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir".