XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

21 Aprel 2017 - 19:38

Naxçıvanda səfərdə olan Almaniya səfiri Vasif Talıbovla görüşüb –FOTOLAR

 Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab Naxçıvan Muxtar Respublikasına səfər edib.

Səfirlikdən Strateq.az-a bildiriblər ki, M.Kindsqrab səfər çərçivəsində Ali Məclisin sədri Vasif Talıbovla görüşüb, görüş əsnasında Almaniya və Azərbaycan arasında münasibətlər haqqında fikir mübadiləsi aparılıb. Hər iki tərəf iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşməsi üçün danışıqları davam etdirmək barədə qərar verib. Muxtar Respublikanın İqtisadiyyat naziri Famil Seydiov və Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Əsgər İsmayılovla görüşdə əsasən iqtisadiyyat və konsulluq məsələləri ilə əlaqədar müzakirələr aparılıb.

Səfərlikdən bilridilib ki, səfərin diqqət mərkəzində Muxtar Respublikanın iqtisadi potensialı ilə tanışlıq dururdu. Cənab Kindsqrab Naxçıvan Biznes Mərkəzində, xüsusilə respublikanın kənd təsərrüfatı məhsulları ilə tanış olub. Bundan başqa səfir sənaye şəhəri hesab olunan Naxçıvanda 2010-cu ildən fəaliyyət göstərən NAZ-Lifan avtomobil zavoduna baş çəkib. Bu zavodda Çin modellerinə uyğun olaraq minik avtomobillərinin yığımı təşkil olunur.

 Səfir Kindsqrab Naxçıvanda bir neçə muzeydə və Duz Dağı müalicə mərkəzində olmaqla Muxtar Respublikanın turizm potensialı ilə tanış olub. Səfər proqramı çərçivəsində ən vacib görüşlərdən biri də Naxçıvan Özəl Universitetinin rektoru İsmayıl Əliyev və alman dilini tədris edən müəllimlərlə görüş idi. Hər iki tərəf 2016-cıildən özəl universitet və Lüdviq Maksimilian Münhen universiteti arasında əməkdaşlığın vacibliyini xüsusi qeyd edib.

Xatırladaq ki,  Mixael Kindsqrab 2016-cı ilin avqust ayından Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiridir. Səfir Kindsqrab diplomatik fəaliyyəti çərçivəsində müntəzəm olaraq ölkənin bölgələrinə rəsmi səfərlər hayata keçirir.

L.SƏMLA