XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

21 Aprel 2017 - 23:56

Türkiyədə 29 PKK-çı məhv edildi –1 əsgər şəhid oldu, 1-i yaralandı

Türkiyənin Şırnak vilayətində təhlükəsizlik qüvvələri  ilə PKK terrorçuları arasında baş verən atışmada 1 əsgər şəhid olub, daha 1-i yaralanıb  

“Milliyet”in verdiyi xəbərə görə, yaralı əsgər Şırnak Dövlət Xəstəxanasına yerləşdirilib.

Vilayətin Bestler-Dereler bölgəsində həyata keçirilən əməliyyat nəticəsində 29 terrorçu məhv edilib(APA).

Qeyd edək ki, bu gün səhər saatlarında Şırnakın Uludərə bölgəsində terrorçularla qarşıdurmada 2 əsgər şəhid olub, daha 2-si yaralanmışdı. Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.