XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 April 2017 - 00:49

Türkiyədə ardıcıl iki zəlzələ baş verib –Manisa vilayətində

Türkiyənin Manisa vilayətində bir-birinin ardınca iki zəlzələ baş verib.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, 4,9 bal gücündə ilk zəlzələ yerli vaxtla saat 16:09-da Selendi rayonunda qeydə alınıb. Onun ocağı 8,8 km dərinlikdə yerləşib.

İkinci zəlzələ yerli vaxtla 17:12-də Şahzadələr bölgəsində qeydə alınıb. 4.9 bal gücündə olan yeraltı təkanların ocağı 6,9 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

APA