XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

22 Aprel 2017 - 16:52

İtaliya:"Rusiyaya sanksiyanı dəstəkləyirik, amma belə olmaz"

İtaliya Avropa Birliyinin antirusiya sanksiyalarını uzatmasını dəstəkləyir.

Bunu “Vaşinqton Post” qəzetinə müsahibəsində İtaliya Baş naziri Paolo Centiloni söyləyib.

“Biz birliyimizi pozmayacağıq. Ehtiyac yaranacağı təqdirdə göstərəcəyik ki, biz zəif deyilik. Lakin unutmaq lazım deyil ki, iqtisadiyyatımız Rusiyaya qarşı sanksiyalar ucbatından ciddi zərərə məruz qalıb. Artıq Moskva ilə münasibətləri yoluna qoymaq lazımdır”, – deyə o bildirib.

Qeyd edək ki, İtaliya bir müddət öncə Rusiyaya qarşı sanksiyaların ləğvini istəmişdi. (Axar.az)