XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

23 Aprel 2017 - 09:09

Şimali Koreya Avstraliyanı nüvə zərbəsi iləhədələyib

Şimali Koreya Avstraliyanın Pxenyanla münasibətlərdə ABŞ-ın siyasi kursunu rəhbər tutmağa davam edəcəyi təqdirdə bu ölkəyə nüvə zərbəsi endirəcəyi ilə hədələyib.

Bu barədə ABC telekanalına KXDR XİN-in nümayəndəsi bildirib.   

Məlumata görə, qeyd olunan bəyanat Avstraliya XİN rəhbəri Culi Bişopun bir neçə gün əvvəl verdiyi müsahibəyə cavab olub. C.Bişop müsahibəsində Şimali Koreyanın nüvə proqramının Avstraliya üçün ciddi təhlükə yaratdığını bildirib. C.Bişop Avstraliyaya zərbə endirilə biləcəyini də istisna etməyib.   

Qeyd edək ki, Koreya yarımadasında vəziyyət yenidən ötən ilin əvvəlindən gərginləşib. Buna səbəb Pxenyanın nüvə sınaqları keçirməsi və ballistik raketlər atması olub.   (APA)