XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

23 Aprel 2017 - 13:18

Azərbaycanda iki telekanalınyayımı dayandırıldı

Rusiyanın məşhur TNT və TNT4 kanallarının yayımı Azərbaycanda məhdudlaşdırılıb.

Lent.az baku.ws-ə istinadən xəbər verir ki, hər iki kanal 25 aprel tarixinə qədər KATV kabel televiziyasının yayımından çıxarılıb. Sözügedən kanalların yerinə türk kanalları daxil edilib.

KATV-nin müştəri xidmətlərindən sayta bildirilib ki, kanalların yayımının dayandırılıması 24 aprel ermənilərin qondarma soyqırım günü ilə əlaqədardır.

Belə ki, sözügedən kanallarda "soyqırım" ilə bağlı verilişlərin yayımlanması və təbliğatı səbəbi ilə KATV həmin kanalların 25 aprel tarixinə qədər yayımını məhdudlaşdırıb.