XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 April 2017 - 15:26

Əhmədinejad İranda prezidentliyə namizədlərinheç birini dəstəkləməyəcək

İranda prezidentliyə namizəd kimi qeydiyyata alınmayan sabiq prezident Mahmud Əhmədinejad prezidentliyə namizədlərdən heç biri dəstəkləməyəcəyini bəyan edib. Cümə axşamı Nəzarət Şurası prezident postuna namizəd kimi yekun olaraq hazırkı prezident Həsən Ruhani də daxil olmaqla, 6 namizədin qeydə alındığını açıqlayıb.

Namizəd kimi qeydiyyata alınmaq üçün müraciət edən M. Əhmədinejad və onun sabiq müavini Həmid Bəqayinin ərizəsi təsdiqlənməyib. M. Əhmədinejad və H. Bəqayinin birgə imzaladığı bəyanatda onların namizədlərdən hər hansı birini dəstəkləməyəcəkləri  vurğulanıb.

Qeyd edək ki, İranda prezident seçkiləri mayın 17-də keçiriləcək.  (APA)