XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 April 2017 - 15:55

Fransa prezidenti seçkilərində seçicilərin iştirakı28,54 faiz təşkil edir

Fransada keçirilən prezident seçkilərinin birinci turunda Bakı vaxtı ilə saat 14:00-a olan vəziyyətə görə, seçicilərin iştirakı 28,54 faiz təşkil edib.

 Bu, 2012- ci ilin analoji göstəricilərini (28,29%) üstələyir.

1981-ci ildən bu yana seçkilərdə iştirak edən seçicilərin saat 14:00-a qədər ən yüksək fəallığı 2007-ci ildə qeydə alınıb (31,2%).

Fransada Bakı vaxtı ilə səhər saat 10:00-da açılan 66 min 546 seçki məntəqəsi axşam 19:00-dək, böyük şəhərlərdə isə 22:00 qədər fəaliyyət göstərəcək.

Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə 50 min polis və 7 min hərbçi səfərbər edilib. Ümumilkdə 47 milyon fransalıya seçkilərdə iştirak etmək üçün çağırış göndərilib. (Report)