XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

23 Aprel 2017 - 18:14

Rusiyanın İdlibə vakuum hücumu:7 nəfər ölüb

Rusiya aviasiyasının Suriyanın İdlib vilayətinin Cisr əş-Şuğur rayonunu bombardman etməsi nəticəsində 7 nəfər ölüb.

Bu barədə Mülki Müdafiə Qüvvələrinin rəsmisi Mustafa Əhməd məlumat verib.

Onun sözlərinə görə, Rusiya təyyarələri mülki binaları hədəfə alıb və vakuum bombaları atıb. Bombardman zamanı ölən 7 nəfərdən biri uşaqdır.

Yaralılar ətrafdakı səhra hospitallarına aparılıb.

Qeyd edək ki, Əsəd rejimi 18 apreldə İdlib ilə Hələb arasındakı bölgəyə hava hücumu təşkil etmişdi. Hücumda iştirak edən Rusiya təyyarələrinin vakuum bombasından istifadə etdiyi bildirilmişdi. (Axar.az)