XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 April 2017 - 19:41

Fransada ilk exit-pollun nəticələriaçıqlanıb

Bu gün Fransada keçirilən prezident seçkiləri ilə bağlı ilk exit-pollun nəticələri məlum olub.

Belçikanın RTBF telekanalı saat 12.00-a exit-pollun nəticələrinə əsasən sabiq iqtisadiyyat naziri, “En Marche” (Yürüş) Hərakatının lideri Emmanuel Makron və radikal Milli Cəbhənin lideri Marine Le Pen prezident seçkilərinin birinci turunda liderlik edirlər.

Exit-polla əsasən  E. Makron səslərin 24 faizini, M. L. Pen səslərin 22 faizini toplayıb. Sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon 20,5 faiz səslə üçüncü, radikal solun namizədi Jan-Lyuk Melanşon 18 faiz səslə dördüncü yerdə qərarlaşıb.  (APA)