XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

23 Aprel 2017 - 22:03

XİN rəhbəri:"Azərbaycan-Türkiyə-Rusiya formatı çərçivəsində əməkdaşlıq regionda sabitliyi möhkəmləndirəcək"

Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatı çərçivəsində əməkdaşlıq Cənubi Qafqaz regionunda sabitliyi möhkəmləndirə bilər.

Bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Alanyada keçirilən Rus Mətbuat Şurasının konfransında (23-26 aprel), "Baku Network" Ekspert şurasının rəhbəri, Trend BİA-nın baş direktorunun müavini Elxan Ələsgərovun sualına cavab olaraq bildirib.

Çavuşoğlunun sözlərinə görə, Türkiyənin Azərbaycan ilə münasibətləri yüksək səviyyədədir və Rusiya ilə də yaxşı münasibətləri var.

Nazir əminliklə bildirib ki, Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatı üç ölkənin əməkdaşlığının müsbət nümunəsi olacaq.

Bu gün regionda bir sıra üçtərəfli formatlar mövcuddur, belə ki, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Türkmənistan və Azərbaycan-Gürcüstan-Türkiyə.

Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putin ilə görüş çərçivəsində deyib ki, Azərbaycan, Türkiyə və Rusiya üçtərəfli əməkdaşlıq mexanizmi formalaşdırıla bilər və Moskvada və Ankarada təklif olunan sxemə çox müsbət yanaşırlar. (Trend)