XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

24 Aprel 2017 - 12:10

Kəmaləddin Heydərov Qobustanda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 28 aprel 2017-ci il tarixində Qobustan şəhərində, Qobustan İdman Kompleksinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

 FHN-in mətbuat xidmətindən bildirilib ki, qəbulda yalnız Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

 Qəbula gələn vətəndaşların qeydiyyatı Qobustan İdman Kompleksinin binasında 27 aprel 2017-ci il tarixində saat 09.00-da başlayacaq.

 Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.