XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

24 Aprel 2017 - 12:54

Yağış yağacaq, şimşək çaxacaq –Sabahın hava proqnozu açıqlandı

Aprelin 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, sabah gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz güclü olacaq. Havanın temperaturu gecə 7-10° isti, gündüz  14-17° isti, Bakıda gecə 7-9° isti, gündüz  14-16° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  763 mm civə sütunundan 771 mm civə sütununa  yüksələcək.  Nisbi rütubət   gecə 75-85 %, gündüz  60-70%  təşkil edəcək.

Aprelin 25-də gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı  gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacağı gözlənilir.