XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

02 Aprel 2015 - 05:56

Deputatın atası vəzifələrindən getdi
Millət vəkili Ceyhun Osmanlının atası Yunus Osmanov vəzifəsini itirməli olub.
Strateq.az Lent.az-a istinadən xəbər verir ki, deputatın atasının vəzifədən getməsinə səbəb icra hakimiyyətlərində həyata keçirilən sturuktur islahatlarıdır:
“Yunus Osmanov Göyçay rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini vəzifəsində işləyirdi. O, eyni zamanda, rayon İH-nin aqrar məsələlər şöbəsinə rəhbərlik edirdi. Y.Osmanovun adı rayon icra başçısı yanında Şuranın da siyahısından çıxarılıb“.
Fakt İcra Hakimiyyətindən təsdiqlənib.
Xatırladaq ki, aprelin 1-dən etibarən rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatı ləğv edilib.