XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

24 Aprel 2017 - 19:16

Azərbaycanda uşaq pornoqrafiyasını yaymaqla bağlı cərimə ləğv edilir

Azərbaycanda uşaq pornoqrafiyasını dövriyyəyə buraxan şəxslərin cəzalandırılması üçün tətbiq edilən cərimə ödəməsi ləğv edilir.

Trend-in məlumatına görə, Cinayət Məcəlləsinə dəyişikliyi nəzərdə tutan yeni layihəyə görə, uşaq pornoqrafiyasını dövriyyəyə buraxan şəxslər yalnız azadlıqdan məhrum etmə ilə cəzalandırılacaqlar.

Məcəllənin hazırkı variantına görə, uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlamaya görə 8000 manatdan 10 min manatadək miqdarda cərimə və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Layihənin yeni variantına görə isə bu əməli törədənlər yalnız 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaqlar.