XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

25 Aprel 2017 - 01:10

Merkellə Tramp hansı məsələləri müzakirə edib? –İki lider telefonda danışdı

ABŞ prezidenti Donald  və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.

Məlumata əsasən, tərəflər ikitərəfli münasibətlər və aktual beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

"Liderlər Suriya və Yəməndə vəziyyət, eləcə də Şimali Koreyadan gələn təhdidləri müzakirə ediblər. Prezident Tramp Almaniya və Fransanın səylərini yüksək qiymətləndirərək Minsk razılaşmaları əsasında Ukraynada nizamlama üzrə danışıqların keçirilməsini dəstəkləyib”, – deyə, məlumatda deyilir. 

APA